“CineMastercard”-daən çox gözlənilən “0000 Kilometre” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu

“Dəniz Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında Türkiyənin məşhur “0000 Kilometre” melodramının qala gecəsi keçirilib. Filmin ssenarisi bu ilin ən çox izlənilən filmlərdən biri olan “3391 Kilometre”-in davamıdır.

Tədbirə rejissor və prodüser Deniz Enyüksek, əsas aktyorlar Derya Pınar Ak, Ahmet Haktan Zavlak, eləcə də filmi çəkilmış kitabın yazıçısı Beyza Alkoç dəvət olunublar.

Filmin qəhramanları media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və bütün pərəstişkarlar ilə şəkil çəkdiriblər. Azərbaycan tamaşaçıları türkiyəli qonaqları hərarətlə, gur alqışlarla və hədiyyələr ilə qarşıladı.

“0000 Kilometre” sevgilərinin başladığı İzmird şəhərində yolları yenidən kəsişən İzmir və Egenin hekayəsindən bəhs edir. Bir telefon zəngi iki sevgilinin həyatını dəyişir. Aralarında yenə bir məsafə yarandı. İndi cütlüyü “sıfır kilometr” ayırır. Onlar birlikdə həyatın acı-şirinli sürprizləri ilə qarşılaşacaqlar.

Tədbirin təşkilində Cinema Distribution, “Coffemania” restoranlar şəbəkəsi, “Hill” restoranı, foto və video çəkiliş – “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Əlaqədar məqalələr
City Life

“PAŞA Bank” “FİNTEX SAMMİT 2025”in sponsorudur

“PAŞA Bank” “FİNTEX SAMMİT 2025”in sponsorudur Ölkənin aparıcı korporativ maliyyə…
►►►
City Life

Kenan Doğulu Bakıda konsert proqramı ilə çıxış etdi

Kenan Doğulu Bakıda konsert proqramı ilə çıxış etdi Türkiyənin məşhur müğənnisi…
►►►
City Life

"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində İnnovasiya və…
►►►