Xalq artisti Tünzalə Ağayeva Zəfər günündə bir neçə konsertdə çıxış etdi

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda Azərbaycanın məşhur incəsənət xadimlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilib.

Rockvell xəbər verir ki, gecədə çıxış edənlər sırasında Xalq artisti Tünzalə Ağayeva da yer alıb. Pop ulduz konsert proqramında vətənpərvər ruhda olan “Gözün aydın olsun, Qarabağ” əsərini səsləndirib. Hər səhnəsinə xüsusi hazırlaşan sənətçinin bu konsert üçün seçdiyi kombin böyük marağa səbəb olub. Estrada ulduzu ən sonuncu fotosessiyasında istifadə etdiyi qəzətdən plaş geyinib.

Paytaxt sakinləri sevimli müğənnini böyük izdiham və coşqu ilə qarşılanılıb.

Estrada ulduzu bayram günündə həmçinin Sumqayıt şəhərində yerləşən Sumqayıt Dövlət Dram teatrının açıq hava konsertində səhnə alıb. O, proqramda ən sevilən nəğmələrini ifa edib və bütün Azərbaycan xalqını Zəfər bayramı münasibətilə təbrik edib. Pərəstişkarları da müğənni ilə xatirə fotoları çəkdirib.

Konsert proqramı anşlaqla keçib.

Əlaqədar məqalələr
City Life

Four Seasons Hotel Baku-ya “Green Key” sertifikatı təqdim edilib

Four Seasons Hotel Baku-ya “Green Key” sertifikatı təqdim edilib 1 oktyabr 2025-ci il…
►►►
City Life

"Tağıyev III: Sona" Park Cinemada

“Tağıyev III: Sona” Park Cinemada Oktyabrın 2-dən Park Cinema kinoteatrlar…
►►►
City Life

“CineMastercard”da Ümumdünya Kosmos....

“CineMastercard”da Ümumdünya Kosmos Həftəsi çərçivəsində“Kosmik Filmlər…
►►►