Əfsanəvi Ronaldinyo “CineMastercard”da kimsəsiz uşaqlarla görüşüb

Dünya futbolunun əfsanəvi simalarından biri, Braziliya millisi, “Barselona” və digər məşhur klublarda çıxış etmiş Ronaldinyo “Dəniz Mall” Ticarət Mərkəzində yerləşən “CineMastercard” kinoteatrında kimsəsiz uşaqlarla bir araya gəlib.

Əfsanəvi futbolçu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi və 1 saylı əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefisiarları ilə görüşüb.

Əfsanəvi futbolçu şəxsən uşaqlara xatirə hədiyyələri – imzalı toplar və köynəklər təqdim edib.

Tədbirdə “CineMastercard” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə və “CineMastercard” kinoteatrlar şəbəkəsinin həmtəsisçisi Adnan Əhmədzadə iştirak ediblər.

Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş futbolçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə dünən axşam Azərbaycana gəlib.

Əlaqədar məqalələr
City Life

Azərbaycan Dövlət Kukla Teatrında “Xoşbəxt olsun uşaqlar” adlı sərgi keçirilib

Azərbaycan Dövlət Kukla Teatrında “Xoşbəxt olsun uşaqlar” adlı sərgi keçirilib 5…
►►►
City Life

CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib

CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı…
►►►
City Life

“Balaca səyyah” premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır Noyabrın 16-da, məktəblilərin payız tətili…
►►►