“Falcon Finance” BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
19 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında “Falcon Finance” BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:
| Emitentin adı | “Falcon Finance” BOKT MMC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2002025321 |
| İstiqrazların növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
| Ticarət üsulu/forması | Kütləvi / Birqiymətli |
| İstiqrazların sayı | 400 (ədəd) |
| İlkin ticarət qiyməti | 1,000 manat |
| İstiqrazların buraxılış həcmi | 400,000 manat |
| İllik gəlirlilik faizi | 15% |
| Hərrac qiyməti | 1,000 manat |
| İstiqrazların reallaşdırılmış həcmi | 400,000 manat |
| İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) | 400,000 manat |
| İnvestor sayı | 2 |
| Sifariş sayı | 2 |
| Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 30 (otuz) gündən bir |
| Tədavül müddəti | 18 ay |
| Anderrayter | “PSG-Capital İ.Ş” ASC |








