COP29-da “Slow Food” mövzusunda panel müzakirəsi keçirilib

Noyabrın 19-da COP29 çərçivəsində “Slow-Food: Yerli Aqroməhsullarla Dayanıqlı Turizmin İnkişafı” adlı panel müzakirəsi keçirilib.

Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmidin moderatorluğu ilə keçirilən panel müzakirəsində kənd təsərrüfatı və turizmin dayanıqlı inkişafa dəstək verən əməkdaşlığı haqqında fikir mübadiləsi aparılıb.

Sessiyada yerli aqrar məhsulların və ənənəvi təsərrüfat üsullarının ətraf mühitə az təsir göstərməklə dayanıqlı turizm təcrübələrinin formalaşmasında rolu haqqında müzakirələr aparılıb.

Tədbirdə Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin Qastronomiya şöbəsinin müdiri Səkinə Əsgərova Azərbaycanın “Slow Food” təcrübəsi ilə bağlı təqdimatla çıxış edib.

Müzakirə iştirakçıları qlobal, akademik və korporativ yanaşma ilə “Slow Food” hərəkatı və prinsiplərinin dünya turizminə inteqrasiyası, dayanıqlı aqro və qastroturizm modellərinin qurulması, yerli aqroməhsulların turizmə töhfəsi, biomüxtəliflik və onun turizmə inteqrasiyası, dayanıqlı turizmdə dövlət-özəl tərəfdaşlığı və akademik tədqiqatların rolu kimi mövzularda öz təcrübə və təkliflərini bölüşüblər.

Qeyd edək ki, COP29 çərçivəsində Mavi zonada yerləşən Azərbaycan pavilyonunda hər gün saat 14:00-15:00-da “Slow Food” haqqında təqdimat keçirilir və qonaqlara Azərbaycanın biomüxtəliflik nümunələri əsasında hazırlanmış qastroturizm məhsulları təqdim olunur.

“Slow Food” dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.

Əlaqədar məqalələr
Turizm

Azərbaycan işgüzar turizm imkanları....

Azərbaycan işgüzar turizm imkanları Səudiyyə Ərəbistanında təqdim olunub Azərbaycan…
►►►
Turizm

Azərbaycan TDT-nin Beynəlxalq Turizm Forumunda təmsil olunub

Azərbaycan TDT-nin Beynəlxalq Turizm Forumunda təmsil olunub 15-16 sentyabr tarixlərində…
►►►
Turizm

AZAL turizm gününə özəl endirim kampaniyası elan edir

AZAL turizm gününə özəl endirim kampaniyası elan edir Azərbaycanın milli…
►►►