Yelo Bank ilk yerli PR Forumuna dəstək oldu

Böyük tədbirlərə ev sahibliyi etməyi xoş ənənəyə çevirən Yelo Bank, bu dəfə Baş Ofisində PR Forum 2024 iştirakçılarını qonaq etdi. Belə ki, 27 noyabrda Yelo Bank-ın dəstəyi, Finance Time şirkətinin təşkilatçılığı və 123media-nın birgə təqdimatı ilə PR Forum 2024 keçirildi.

Yelo Bank-ın İdarə heyətinin sədri Anar Həsənov öncə qonaqları salamladı, hazırkı dövrdə PR sahəsindəki çətinliklərə diqqət çəkdi və bu məsuliyyətli işdə hər kəsə uğurlar arzuladı.

Süni İntellekt, Böhran kommunikasiyası və Strateji kommunikasiya panelləri üzrə baş tutan forumda sektorun tanınmış simaları çıxış etdi. Onlar öz uğur hekayələrini, nailiyyətlərini və çətinlikləri necə aşdıqlarını paylaşdılar.

Forum sektordakı şəxsləri bir araya gətirərək, yeni əlaqələrin qurulmasına və peşəkar şəbəkələşmənin formalaşmasına vəsilə oldu. Yelo Bank bu kimi tədbirlərdə fəal iştirakı ilə medianın inkişafını və şəffaf iş mühitinin formalaşmasını dəstəkləyir.

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı Qırmızı Ürəklər…
►►►
ROCKVELL BUSINESS

2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili oldu

2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili…
►►►
ROCKVELL BUSINESS

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək! İstedadların inkişafına kömək…
►►►