Qazaxıstan kapitallı 10-dan çox şirkət Azərbaycan bazarına daxil olub

Yeyinti və toxuculuq sənayesi, eləcə də maşınqayırma sahəsində fəaliyyət göstərən Qazaxıstan kapitallı 10-dan çox şirkət “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzinin dəstəyi ilə Azərbaycan bazarına daxil olub. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “QazTrade”in E-ticarət departamentinin direktoru Janar Utepova deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin himayəsi altında ixracın akselerasiya proqramı çərçivəsində həyata keçirilir.

“Bu proqram çərçivəsində biz şirkətləri Azərbaycan bazarına çıxarır, tərəfdaşlar tapır, danışıqlarda, müqavilələrin bağlanmasında köməklik göstərir, yəni onları bu bazara çıxma prosesində tam şəkildə müşayiət edirik. İxracın akselerasiya proqramında ümumilikdə 190-a yaxın aktiv və yeni yaradılan şirkətlər iştirak edir. Yeni şirkətlər üçün ixrac üzrə, aktiv şirkətlər üçün isə tərəfdaşların tapılması və müqavilələrin imzalanması ilə bağlı təlimlər keçiririk. Biz, həmçinin, ticarət-iqtisadi missiyalar təşkil edirik və hazırda bu istiqamətdə növbəti il üçün planlar üzərində işləyirik”, – Janar Utepova qeyd edib.

Hüseyn Vəliyev

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►