Ölkəyə turist axını 27 faizdən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2 412,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,3 faiz artaraq 106,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 25,3 faiz artaraq 391,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 19,4 faiz artaraq 905,8 min nəfər olub.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,9 faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bununla yanaşı, 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 16,9 faiz artaraq 1998,9 min nəfər təşkil edib.

İrana gedən ölkə vətəndaşlarının sayı 33 faiz, Rusiyaya gedənlərin sayı 13,4 faiz, Gürcüstana gedənlərin sayı 13 faiz, Türkiyəyə gedənlərin sayı 9,9 faiz artıb.

2024-cü ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,5 faizi hava, 28,4 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Əlaqədar məqalələr
Turizm

Astaranın Sım kəndinə mediatur təşkil edilib

Astaranın Sım kəndinə mediatur təşkil edilib Oktyabrın 3-də Dövlət Turizm Agentliyinin…
►►►
Turizm

Azərbaycanın İtaliya ilə turizm əlaqələri inkişaf etdirilir

Azərbaycanın İtaliya ilə turizm əlaqələri inkişaf etdirilir 1-2 oktyabr tarixlərində…
►►►
Turizm

“Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri”....

“Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının rəsmi açılış…
►►►