“Evdə qalmış 2” komediyasının Qala gecəsi “CineMastercard”da keçirilib

“Gənclik Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında romantik komediya janrında olan “Evdə qalmış 2” Azərbaycan filminin Qala gecəsi baş tutub.

Tədbirdə tanınmış şəxslər, ictimai xadimlər, jurnalistlər və blogerlər iştirak ediblər. Qonaqlar və tamaşaçılar şəkil çəkdirmək, aktyorlar və çəkiliş heyəti ilə ünsiyyət qurmaq, yaddaqalan selfilər çəkdirmək imkanı əldə ediblər.

Filmin quruluşçu rejissoru və baş prodüseri Valeh Əhmədovdur.

Ssenari müəllifləri: Valeh Əhmədov, Failə Nəbiyeva, Könül Ələsova, Türkan Mehtiyeva. Quruluşçu operator: Babək Pourfard.

Rollarda Azərbaycan Respublikasının xalq artisti Həmidə Ömərova və Fatma Mahmudova, Azərbaycan Respublikasının əməkdar artisti Sənubər İsgəndərli və Mehriban Xanlarova, Şəhriyar Əbilov, Kəmalə Piriyeva, Kənan Yusifov, Sanura Cəfərova, Nigar Alibek, Elçin Məmmədli, Rüstəm Rüstəmli.

Film haqqında qısa məlumat: 5 ildir uşaqları olmayan Ruslanla Sevda “A bala, bir şey mirşey var?” sualından qaçmaq istəsələr də yoldan keçən hər kəs bu sualı onlara verir.

Şahnisənin anası ona varlı ər axtarır. O, isə kasıb sevgilisi Vüsalla evdə qalmaqda davam edir.

Asif və Təhminənin 3 qızı olsa da başqalarının sözünə görə “oğul payı” üçün gecə-gündüz çalışır.

Onları birləşdirən isə həyatlarının romantik komediyaya çevrilməsidir.

Tədbirin təşkilində foto və video “Light in Black” kreativ şirkəti, “Haus dizayn” şirkəti, və “Bonaqua” suları dəstək göstəriblər.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Əlaqədar məqalələr
City Life

"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində İnnovasiya və…
►►►
City Life

Bakıda “PASİFİCO” gecə klubu karantinə alındı....

Bakıda “PASİFİCO” gecə klubu karantinə alındı! Qəfəsdə zombilər aşkarlandı! 18…
►►►
City Life

“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır

“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır Sərfəli rabitə…
►►►