Xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu başlayıb

İnnovativ məhsulların Mərkəzi Bankın nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu başlayıb.

Bu mərhələdə maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən innovativ məhsul və xidmətlərin sınaqdan keçirilməsi üçün qəbul prosesi həyata keçiriləcək. Müraciətlərin qəbulu 2025-ci ilin yanvar ayının 15-dək davam edəcək.

Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulları Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, xüsusi tənzimləmə rejimi ölkədə maliyyə inklüzivliyini artırılmaqla bazarın daha şəffaf və səmərəli surətdə inkişaf etməsinə dəstək göstərməyi hədəfləyir.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün Mərkəzi Banka “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifəsi (sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək mümkündür.

Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə sandbox@cbar.az ünvanına müraciət etməyiniz xahiş olunur.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►