Azərbaycan Dövlət Aqrar Universiteti “UI Greenmetric 2024” reytinqində ölkəmiz üzrə 8-ci, dünya üzrə isə 1077-ci yeri tutub

“Dayanıqlılıq” istiqaməti üzrə dünya universitetlərinin fəaliyyətinin qiymətləndirildiyi “UI Greenmetric 2024” reytinqində Azərbaycan ali təhsil müəssisələrinin sayı 3 dəfə artaraq 12-yə çatıb. Cari ildə Azərbaycanın 8 ali təhsil müəssisəsi ilk dəfə reytinqə daxil olub. Bunlardan biri də Azərbaycan Dövlət Aqrar Universitetidir.

ADAU “GreenMetric World University Rankings 2024” reytinqində Azərbaycanda 8-ci, dünyada isə 1077-ci yeri tutub.

Universitet ümumi 4270 xal toplayaraq aşağıdakı sahələrdə üstün nəticələr göstərib:
1. Elm və təhsil – 1275
2. 
Yaşıl nəqliyyat – 1010
3. 
Enerji və İqlim dəyişikliyi – 725

Qeyd edək ki, reytinq 95 ölkədən 1,477 universitetin davamlılıq göstəricilərini qiymətləndirir.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu SİMA yeni nəsil…
►►►
Elm / Texnologiya

Azercell dünya çempionlarını təbrik etdi

Azercell dünya çempionlarını təbrik etdi İyun ayının 18-də Azercell Telekom Minifutbol…
►►►
Elm / Texnologiya

Hakerlər “Z” nəslinə hücum edirlər....

Hakerlər “Z” nəslinə hücum edirlər: saxta saytlar, oyun tələləri və yayım…
►►►