Park Cinemada əfsanəvi əfsanəvi “Musafa: Kral Şir” filminin qapalı nümayişi

Ötən gün Park Cinema Flame Towers filialında həm böyüklərin nostalji hisslərini oyadan, həm də balaca dostlarımızın onun kimi cəsur və mərhəmətli olmasına motivasiya verən sevimli  “Mufasa: Kral Şir” filminin Qapalı Nümayişi keçirildi. Qapalı Nümayişdə yerli aktyorlar, ulduzlar, tanınmış blogerlər, influnserlər və media nümayəndələri iştirak ediblər.

Şou-Proqramda əsl Savanna atmosferi yaradılmışdır, hər yer ağaclıq, yaşıllıq və qayalıqlarla bəzədilmişdir. Tam axırda isə qayalıqların arasında kral adına layiq hündür və möhtəşəm taxt qoyulmuşdur. Səhnəyə ifaçıların gəlib canlı şəkildə filmdən əfsanəvi mahnının oxunması, ardınca isə Mufasanı canlandıran aktyorun və onun əhatəsində Zebr geyimində rəqs qrupunun gəlişi, daha sonra isə, Mufasanın layiq olduğu taxta əyləşməsi ilə qonaqlarda ajiotaj pik səviyyəsinə çatmışdır.

Daha sonra isə qonaqlar “Mufasa: Kral Şir” filmini ölkənin ən böyük ekranı və ən keyfiyyətli səs sisteminə sahib IMAX-da izlədilər.

Bu gündən etibarən isə “Mufasa: Kral Şir” filmi Park Cinemada türk, ingilis və rus dillərində, eləcə də IMAX-da nümayiş olunur. Linkə keçid edərək, biletlərinizi əldə edə bilərsiniz.

“Mufasa: Kral Şir”:
https://parkcinema.az/movies/view/13336/mufasa-kral-sir

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►