Mehdiabad qəsəbəsində yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib

SOCAR brendli növbəti yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

Binəqədi rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma stansiyasının açılış mərasimində “SOCAR PETROLEUM” QSC-nin nümayəndələri  iştirak ediblər. Tədbirdə xüsusən son illər dinamik sürətlə görülən işlərdən və qarşıda duran hədəflərdən danışılıb, həmçinin kollektivə yeni qoşulan əməkdaşlara fəaliyyətlərində uğurlar arzu olunub. 

Qeyd edək ki, ölkəmizdə məşğulluq səviyyəsinin artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması siyasətinə uyğun olaraq, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər, 29 yeni iş yeri də yaradılıb.

Sürücülərin ən çox istifadə etdiyi yollardan biri, Binəqədi – Balaxanı yolunda fəaliyyətə başlayan yeni YDS-də 6 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Burada “Aİ-92”, “Aİ-95” Premium, “Dizel” və LPG markalı yanacaq məhsullarının satışı həyata keçirilir. Eyni zamanda, elektormobillər də nəzərə alınaraq, enerji doldurma məntəqəsi də istismara verilib. YDS nağdsız satış üçün POS-terminallar ilə təchiz edilib.

Xatırladaq ki, hazırda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində “SOCAR” brendli 66 yanacaqdoldurma stansiyası və 13 neft bazası sahəsi fəaliyyət göstərir ki, onlardan 9-u işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir.

Əlaqədar məqalələr
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►
Energetika

Maye qazın istehsal həcmi artıb

Maye qazın istehsal həcmi artıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye…
►►►