“İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda

Masallıda fəaliyyət göstərən biznes subyektləri qiymətli kağızlar bazarının imkanları barədə məlumatlandırılıb.

Mərkəzi Bankın, Bakı Fond Birjasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və investisiya şirkətlərinin iştirakı ilə Masallıda “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunub.

Tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları, sahibkarlıq subyektlərinin alternativ maliyyəyə cəlb olunması üsulları, qiymətli kağız buraxılışında anderraytinq xidməti və kapital bazarında investor olmağın üstünlükləri mövzularında təqdimatlar keçirilib. 

Qeyd edək ki, bu, sayca on dördüncü belə tədbirdir. Bundan əvvəl “İnvestisiya səyahəti” tədbiri Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, Quba, Şəki və Zaqatala şəhərlərində təşkil olunub. Mütəmadi olaraq təşkil olunan “İnvestisiya səyahəti” tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” xüsusi mükafata layiq görüldü

“AzerGold” xüsusi mükafata layiq görüldü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat…
►►►
İqtisadiyyat / Biznes

Sərfəli kredit axtarırsan?

Sərfəli kredit axtarırsan? Baharın gəlişi və Novruz bayramı hər birimiz üçün yeni…
►►►