PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

“PashaPay” şirkəti Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi sosial layihələrə xüsusi töhfə vermiş şirkətlər yeni təsis edilən “Red Hearts Award” mükafatı ilə təltif edilib.

Mükafatı Fondun prezidenti Yusif Poladov təqdim edib.

Qırmızı Ürəklər Fondu həssas qruplara, maddi və mənəvi yardıma ehtiyacı olan insanlara dəstək, uşaq evləri və sığınacaqlarda keçirilən tədbirlər, aztəminatlı ailələr üçün yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları həyata keçirir.

2024-cü il ərzində Fonda 4 505 donor tərəfindən ümumilikdə 1 milyon 870 min manat məbləğində ianə edilib.

“PashaPay” şirkəti Fondun Bakı şəhərinin Bilgəh qəsəbəsində təşkil etdiyi təmizlik aksiyasında da iştirak edib.

Əlaqədar məqalələr
City Life

Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı! İnnovasiya lideri…
►►►
City Life

Yelo komandası Mərdəkan çimərliyində təmizlik aksiyası həyata keçirib

Yelo komandası Mərdəkan çimərliyində təmizlik aksiyası həyata keçirib Yelo Bank…
►►►
City Life

Azad Şabanov əfsanəvi hitə yeni nəfəs verdi

Azad Şabanov əfsanəvi hitə yeni nəfəs verdi Müğənni Azad Şabanov yaradıcılığında…
►►►