Elton Hüseynəliyev ” Nəğməli dünyam ” adlı konsert proqramı ilə çıxış edib
20 dekabr Əməkdar artist, tanınmış müğənni Elton Hüseynəliyev Heydər Əliyev Sarayında” Nəğməli dünyam ” adlı konsert proqramı ilə çıxış edib.
Qeyd edək ki,sevilən sənətkar sonuncu dəfə Heydər Əliyev sarayında 9 il öncə konsert proqramı ilə çıxış etmişdir. Konsert İnterval.Az və “YAZ” Mediagroupun, “VIP HD”təçkilatçılığı ilə, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyin və “Z Company-2007” – nin təşkilati dəstəyi ilə keçirilib.
Müğənni konsertdən öncə mətbuat konfransı keçirib və media nümayəndələrinin suallarını cavablandırıb. O, ən böyük arzusunu reallaşdırdığı üçün özünü xoşbəxt saydığını bildirib: “20 ildən sonra arzum reallaşdı. Heydər Əliyev Sarayında solo konsert vermək ən böyük arzum idi. Bu gün bu arzumu reallaşdırdım. Ən böyük arzularımdan biri də Şuşada konsert verməkdir. Gün o gün olsun, bu arzum da həyata keçsin”.
“Nəğməli dünyam” solo konsert proqramında müğənni fonoqramsız, bekvokalsız iki saatdan artıq canlı ifaları ilə dinləyicilərinin qəlbini oxşadı. Əməkdar artist illərdir ən sevilən musiqiləri sevənlərinə təqdim etdi. Konsertdə Üzeyir Hacıbəyovun, Elza İbrahimovanın ,Tofiq Quliyevin, Cahangir Cahangirovun , Oktay Kaziminin , Səid Rüstəmovun , Aygün Səmədzadənin , Fərid Kərimlinin, Vüqar Mirzəyivin məşhur əsərləri yer aldı.
Solo konsert proqramında tanınmış sənət adamları, ictimai xadimlər, Eltonsevənlər iştirak etdi.
Konsertdə Elton Hüseynəliyev Azərbaycan musiqisi ifa etdiyi üçün özünü şanslı hesab etdiyini bildirib: “Bu günə qədər gözəl həyatım olub. Məni daima musiqi əhatə edib. Çox sevinirəm ki, mən Azərbaycan musiqisi oxuyuram. Bundan sonra da oxuyacağam”.
Konsert böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.
Günel Həsənova