Cem Adrian Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib

22 Dekabr tarixində Heydər Əliyev Sarayında ecazkar səsi, mahnıları və möhtəşəm performansı ilə Cem Adrian küləyi əsdi.

Müğənniliklə yanaşı, bəstəkar, prodüser və rejissor olan Cem Adrian musiqidə sərhədlər, tərzlər və qaydalardan kənardı. Özünü sadəcə “özgür bir müzisyen” adlandıran müğənni pərəstişkarlarına möhtəşəm musiqili gecə yaşadıb.

“Salam, Bakı. Sizi sevirəm. Möhtəşəmsiz”, deyən məşhur türk  müğənni konserti “Sen Benim Şarkılarımsın” ifası ilə açdı.  O, səhnədə bir birinin ardınca sevilən əsərlərini səsləndirib. Onların arasında müğənninin “Bən seni çok sevdim”,  Mutlu yıllar”, “Yıldizların altında”, “Ayrılık”, “Küçük adam”, ” Kül” və s. kimi mahnıları  olub.

“Event office”-in təşkilatçılığı ilə baş tutan  konsert böyük anşlaqla keçib və hamının zövqünü oxşayıb.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►