Təlim Tədris Mərkəzində Nİ akkreditasiyalı “Dinamik mövqe saxlama sisteminə texniki xidmət” təlimi keçiriləcək

ASCO-nun Təlim Tədris Mərkəzində mexaniklər, elektrik-mexaniklər və mühəndis-mexaniklər üçün “Dinamik mövqe saxlama sisteminə texniki xidmət” (DP Vessel Maintainer) təlimi təşkil olunacaq.

Təlim Beynəlxalq Nautical Dənizçilik İnstitutunda komitə sədri, Dinamik Mövqe Saxlama kurslarının yaradılmasında və təkmilləşdirilməsində əhəmiyyətli rol oynayan və bu kurs üzrə mərkəzlərin yaradılmasında uzunmüddətli təcrübəyə sahib olan Dr. Surender Kumar tərəfindən keçiriləcək.

Sözügedən təlim 13-17 yanvar 2024-cü il tarixlərində təşkil ediləcək. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara Beynəlxalq Nautical Dənizçilik İnstitutunun akkreditasiya etdiyi “DPVM” sertifikatı və “DPVM” kursu üzrə qeydiyyat kitabçası (logbook) təqdim ediləcək.

Təlimə qeydiyyat üçün aşağıdakı nömrə/e-mail ilə əlaqə saxlaya bilərsiniz:

Tel: +994502439174
E-mail: trainingcenter@asco.az

Əlaqədar məqalələr
Elm / Texnologiya

“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində! SİMA-nın “KYC” (Videoyazı)…
►►►
Elm / Texnologiya

Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir

Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə…
►►►
Elm / Texnologiya

Azercell və Samsung-dan yeni kampaniya!

Azercell və Samsung-dan yeni kampaniya! “Samsung Galaxy A17” al, Azercell-dən 3 ay…
►►►