“Dilarənin Yeni il hədiyyəsi” adlı stəndap konserti baş tutub

Yanvarın 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış aktrisa, Əməkdar artist Dilarə Əliyevanın təqdimatında “Dilarənin Yeni il hədiyyəsi” adlı stəndap konserti baş tutub.

Aktrisa dramaturq Fariz Əliyevin ssenarisi əsasında hazırlanan bu səhnə işində tamaşaçılara cəmiyyətdə baş verən bir çox məsələləri yumor və satira dili ilə, duzlu-məzəli söhbətlər şəklində çatdırmağa çalışıb. 

Heç bir işıq effekti, musiqi nömrələrinin istifadə edilmədiyi və bir saat 20 dəqiqə davam edən stəndap sürəkli alqışlarla qarşılanıb.
Dilarə xanım yaradılan şəraitə görə teatr rəhbərliyinə və əziyyəti olan hər kəsə, konsertə  gəldikləri üçün isə sevimli tamaşaçısına təşəkkürünü bildirib.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►