“Sevgi odası: Əli və Nino balı” İncəsənət muzeyində

Köhnə təqvimlə Yeni ili muzeydə qeyd etmək istəyirsinizmi?
Elə isə sizi 13 yanvar 2025-ci il tarixində saat 19:00-da Əli və Ninonun əfsanəvi sevgi hekayəsininin ilk dəfə olaraq  əsrarəngiz bal ab-havasında təqdim olunacağı  “Sevgi odası: Əli və Nino balı” adlı immersiv tamaşaya dəvət edirik!

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorlarının ifasında baş tutacaq tamaşada iştirakçılar Şərq və Qərb atmosferinin, adət-ənənələrin, təmtərağın, fərqli dəyərlərin hökm sürdüyü zamana səyahət edəcəklər. Beləliklə, hər kəs bu unikal tədbirin bir hissəsinə çevrilərək özünü əbədi hekayənin qəhrəmanı kimi hiss edəcək.

Balda sizi ənənələrdən ilhamlanmış keçmiş dövrlərin mistikasını oyadacaq möhtəşəm rəqslər, Əli və Ninonun böyük sevgisinin sirlərinin kəşf edilməsi gözləyir.

Dress-kod : Əli və Nino dövrünün geyim dəbindən bəhrələnən Şərq zərifliyi və ya Avropa eleqantlığı.

Tamaşa rus dilində keçiriləcək.
Yerlər məhduddur. Biletinizi muzeyin kassasından və iticket.az – dan əldə etməyə tələsin!

Əlaqədar məqalələr
City Life

Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada rol alacaq

Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada rol alacaq Xalq artisti Eyyub Yaqubov ilk dəfə…
►►►
City Life

Tünzalə Ağayevadan Aygün Kazımovaya sürpriz

Tünzalə Ağayevadan Aygün Kazımovaya sürpriz Ötən gün Xalq artisti Aygün Kazımova 55…
►►►
City Life

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb 2025-ci…
►►►