Ən çox gözlənilən “Karantina” türk filmi “CineMastercard”da

Yalnız “CineMastercard” premium kinoteatrlar şəbəkəsində yanvarın 9-dan yazıçı Beyza Alkoçun eyniadlı əsəri əsasında çəkilmiş “Karantina” türk romantik dramının nümayişi başlayır.

Hələ ekranlara çıxmamış film sosial şəbəkələrdəsensasiyaya çevrilib. İstifadəçilər treyleri aktiv şəkildəmüzakirə edir və təəssüratlarını bölüşürlər. Film ətrafında yaranan bu cür həyəcan tamaşaçıların onunböyük ekranda nümayişini səbirsizliklə gözlədiyinitəsdiqləyir.

Filmin rejissoru Ahmet Topuzdur.

Baş rolları Meltem Akçöl, Demirhan Demircioğlu, İlker Aksum və Onur Bay ifa ediblər.

Film cinayət araşdırması zamanı bir-birlərinə aşiq olan cütlüyün hekayəsindən bəhs edir. Zeynep yeni məktəbə getdiyi zaman başına nə gələcəyini bilməyən gənc qızdır. Məktəbin ilk günündə o, hadisələrin mərkəzinə düşür – epidemiya səbəbi ilə karantin, qətl və Onuraqarşı gözlənilməz sevgi. Epidemiyanın təsirindən yaranan çətinliklər gənclərin emosional sarsıntılarını daha da artırır. Bu proses sevgi və dostluğu sınaqdan keçirir.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►