“Global Energy Solutions” MMC-nin istiqrazları üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir

16 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Global Energy Solutions” MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 21.01.2025 ci ildə başlayaraq 14 gün davam edəcək və fevralın 3-ündə yekunlaşacaq.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“Global Energy Solutions” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2001025884
İstiqraqzların növü və formasıFaizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/formasıKütləvi / Abunə yazılışı
İstiqrazların sayı50,000 (ədəd)
İlkin ticarət qiyməti100 manat
Buraxılış həcmi5,000,000 manat
İllik gəlirlilik faizi12%
Ödəmə perioduİlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə) 
Tədavül müddəti2 il
Ticarətə buraxılma tarixiEmitent tərəfindən bildiriləcək
Anderrayter“PAŞA Kapital İ.Ş.” QSC