Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin istiqrazları üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir

14 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir.

Emitentin müraciətinə əsasən qeyd olunan istiqrazların abunə yazılışı 15 yanvar 2025-ci il tarixindən başlayaraq 28 fevral 2025-ci il tarixinə kimi, ticarəti isə 7 mart 2025-ci il tarixindən etibarən keçiriləcəkdir. 

Qeyd olunan istiqrazların yerləşdirilməsi onların Bakı Fond Birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adıAzərbaycan Respublikasinin Dövlət Neft Şirkəti
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2003019893
İstiqraqzların növü və formasıİstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/formasıKütləvi / Abunə yazılışı
İstiqrazların sayı200,000 (ədəd)
İlkin ticarət qiyməti1000 ABŞ dolları
Buraxılış həcmi200,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi6%
Ödəmə perioduİlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə) olmaqla
Tədavül müddəti5 il
Ticarətə buraxılma tarixiİstiqrazların yerləşdirilməsinə onların fond birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.
Anderrayter“PAŞA Kapital İ.Ş.” QSC