Kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirmək istəyən mikro və kiçik sahibkarların nəzərinə!

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə mart ayından etibarən hər həftə sonu “KOB bazar” adlı satış yarmarkası keçiriləcək. Yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək olmaqdır. “KOB bazar”da kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək. “KOB bazar” Binəqədi rayonu, Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində fəaliyyət göstərəcək.

“KOB bazar”da məhsullarını satmaq istəyən mikro və kiçik sahibkarlar 17 fevral 2025-ci tarixinədək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: (https://smb.gov.az/az/contact-form/exhibition-form/1). Telefon: (+99412) 4040401, daxili 253.

“KOB bazar”da iştirak etmək istəyən mikro və kiçik sahibkarlar üçün ödəniş nəzərdə tutulmur.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►