Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi”

Eksklüziv olaraq “CineMastercard” premium kinoteatrlar şəbəkəsində yanvarın 23-dən “Kutsal Damacana 5: Zombi” türk komediyasının nümayişi başlayır.

İzləyicilər film boyu gərgin səhnələri həyəcanla izləyəcək və ürəkdən güləcəklər. Film Türkiyənin müxtəlif yerlərində çəkilib, bu da ona orijinal ab-hava verir.

Filmin rejissoru Kamil Çetindir.

Rolları Şafak Sezer, Ersin Korkut, Yıldırım Memişoğlu, Ozan Akbaba, Aslı Bekiroğlu və Bülent Ersoy ifa ediblər.

Filmin  beşinci hissəsində baş qəhrəmanlar Fikret, Asım və Artin əzəli düşmənləri İblisin zombi ordusu ilə dünyanı fəth etmək planı ilə üzləşirlər. İblisin ölümcül virusla yaratdığı zombi ordusunu dayandırmaq üçün toplanan komanda amansız döyüşə girir.

Qeyd etmək istərdik ki, filmin yaş həddi 18+ təyin olunub.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►