Dilarə Əliyevanın  “Nənəyə məktub” filminin təqdimatı keçirilib

Əməkdar artist Dilarə Əliyevanın baş rolunda olduğu ” Nənəyə məktub” qısametrajlı filminin təqdimatı baş tutub. Təqdimatda ekran işinin komandası, D. Əliyevanın ailə üzvləri, dostları və media nümayəndələri iştirak edib. 

Sənətçi bu layihəsi ilə bağlı mətbuat nümayəndələrə  danışaraq bildirib  ki, filmdə nənələrimiz yad ediləcək:

“Bu gün duyğulara toxunacağıq, nənənələrimizi yad edəcəyik. O nənələr ki, bizim üçün xatirəyə çevrilib. Biz onları bütün ruhumuzla, onlar da bizi öz ruhları ilə hiss edəcəklər. Dostumuz, gözəl qələm, düçüncə sahibi Fariz Əliyev ömründə ilk dəfə şeir yazdı, məni bəlaya saldı. Başa düşdüm ki, bu işi görmək, ekranlaşdırmaq istəyirəm. Gözəl komanda ilə çalışdıq. Əfsanəvi sənətkarımız, Xalq artistimiz Azər Zeynalovun istedadlı oğulları Kənan və İsmayıl Zeynalovla bir çox işimiz olub. Bu filmi və qısa film çəkdik. Rasim Əsgərova  təşəkkür edirəm gözəl musiqi bəstələdi, rəssamımız Vüsal Hüseynzadə gözəl atmosfer yaratdı, hansı ki, biz özümüzü nənəmizin evində hiss edəcəyik”.

Qeyd edək ki, layihənin müəllifi Fariz Əliyev, rejissorları İsmayıl və Kənan Zeynalovlardır.
Qısametrajlı film 8 Fevral Beynəlxalq Nənələr Gününə həsr olunub. 

Təqdimat böyük uğurla keçib və ekran əsəri hamının zövgünə oxşayıb.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►