Şuşada “SOCAR” brendli yanacaqdoldurma stansiyası istifadəyə verilib

Şuşa şəhərində “SOCAR” brendli ilk stasionar yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

Yeni yanacaqdoldurma stansiyasının açılış mərasimində “SOCAR PETROLEUM” QSC-nin rəhbər heyəti və qonaqlar iştirak ediblər. Tədbirdə xüsusən son illər ərzində görülən işlərdən və qarşıda duran hədəflərdən danışılıb. QSC-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı fəaliyyətindən bəhs edilib. Həmçinin kollektivə yeni qoşulan əməkdaşlara fəaliyyətlərində uğurlar arzu olunub.

Qeyd edək ki, ölkəmizdə məşğulluq səviyyəsinin artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması siyasətinə uyğun olaraq, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər, 26 yeni iş yeri də yaradılıb. 

Sürücülərin ən çox istifadə etdiyi yollardan olan Şuşa-Xankəndi-Laçın yolunda fəaliyyətə başlayan yeni YDS-də 3 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Burada “Aİ-92”, “Aİ-95” Premium, “Aİ-98” Super və “Dizel” markalı yanacaq məhsullarının satışı həyata keçirilir. Eyni zamanda elektormobillər də nəzərə alınaraq stansiyada enerji doldurma məntəqəsi də istismara verilib. YDS nağdsız satış üçün POS-terminallar ilə təchiz edilib.

Xatırladaq ki, hazırda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində “SOCAR” brendli 69 yanacaqdoldurma stansiyası və 13 neft bazası sahəsi fəaliyyət göstərir ki, onlardan 9-u işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir.

Əlaqədar məqalələr
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►
Energetika

Maye qazın istehsal həcmi artıb

Maye qazın istehsal həcmi artıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye…
►►►