Enerji xərcləri və karbon emissiyasının azaldılmasında süni intellektin rolu

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “BrainBox Ai” şirkəti süni intellekt həllinin tətbiqi ilə elektrik xərclərini və karbon emissiyasını azaltmağı təklif edir.

Mərkəzin məlumatına görə, layihənin məqsədi Azərbaycanda enerji sahəsində mövcud vəziyyəti və çağırışları müəyyənləşdirərək, süni intellekt əsaslı həllərin araşdırılması və ölkədə pilot tətbiqinin həyata keçirilməsidir. Layihə Dünya İqtisadi Forumunun (DİF) Enerji və Materiallar Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində icra edilir.

“BrainBox AI” şirkəti, qlobal enerji keçidinin innovativ tərədaşlarından biri olaraq, HVAC (heating, ventilation, air conditioning) texnologiyasını süni intellektlə birləşdirərək binaların daha ağıllı və ekoloji cəhətdən davamlı olmasını təmin edir.

Layihə ilə bağlı ətraflı məlumatla Mərkəzin rəsmi səhifəsindən (https://shorturl.at/ZRfry) tanış olmaq olar.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Qaranlıq şəbəkədə bizneslərə ilkin giriş....

Qaranlıq şəbəkədə bizneslərə ilkin giriş məlumatlarının satışı haqqında elanların…
►►►
Elm / Texnologiya

Qanuni “ScreenConnect” aləti üzərindən troyan yayan genişmiqyaslı kampaniya aşkarlanıb

Qanuni “ScreenConnect” aləti üzərindən troyan yayan genişmiqyaslı kampaniya…
►►►
Elm / Texnologiya

“SİMA İmza” ilə bütün vergi xidmətləri cibinizdə!

“SİMA İmza” ilə bütün vergi xidmətləri cibinizdə! SİMA yeni nəsil rəqəmsal vergi…
►►►