“Otel Loo” Park Cinemada

14 fevral Park Cinema Flame Towers kinoteatırında “Otel Loo” filminin qala gecəsi baş tutub.
Filmdən öncə, baş rolların ifaçıları Azər Aydəmir, Oksana Rəsulova, Günəş Mehdizadə və filmdə rol alan digər aktyorlar qırmızı xalıya çıxıb.

Filmin rejissoru Elvin Rüstəmzadədi.
Yaş həddi 16+ olan filmin baş prodüseri İslam Ağa, ssenaristi Asiman Ağa Rövşən,  rəssamı Ülviyyə Verdiyeva, bəstəkarı Vüqar Məmmədzadədir.

Xronomterajı 75 dəqiqə olan “Otel Loo” komediya janrındadır.

Murad ( Azər Aydəmir) tanınmış psixoloqdur, o müxtəlif sosial verilişlərdə ekspert kimi çıxış edir. Bir gün onun qəbuluna məşhur müğənni Aliyə ( Günəş Mehdizadə) gəlir və münasibətə başlamağı təklif edir. Belə ki, Aliyə ezoterikaya, numerologiyaya, astrologiyaya həddən artıq inanır, həyatını bürclərə uyğun yaşayır. O, Muradı televizorda görüb, bəyənib, bürcü ilə maraqlanıb, və müəyyən edib ki, ona ən uyğun partnyor Muraddır.

Aliyə ekspertə intim münasibətlərə başlamağı təklif edir və Muradı yoldan çıxarır. Onlar ilk gecəni oteldə keçirməyi qərara alırlar və Aliyə gecəni keçirəcəkləri otelin otaq nömrəsini də bürclərə əsasən seçir ki, düşərli olsun.
Murad ehtirasa qapılarkən Aliyənin boğazından bərk sıxır və qız huşunu itirir. Murad Aliyənin öldüyünü zənn edib təlaşa düşür. Variantlar axtarır. Öz həyat yoldaşı, məhkəmə tibbi ekspertizasının kriminalisti işləyən Səbinəni ( Oksana Rasulova) köməyə çağırmağa məcbur olur…
Bütün hadisələr isə bundan sonra başlayır.

Filmdə rolları Azər Aydəmir, Oksana Rəsulova, Günəş Mehdizadə, Asiman Ağa Rövşən, Nurlan Süleymanlı, Səmimi Fərhad, Kamil Nazim, Mələk Hacıyeva, Nihad Heybətov və Aqil Sadıqzadə canlandırır.

Film 14 fevraldan etibarən bütün Park Cinema kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

"Bu şəhərdə”nin “Plastik əməliyyat” adlı konserti baş tutdu

“Bu şəhərdə”nin “Plastik əməliyyat” adlı konserti baş tutdu 22 və 23 fevral…
►►►
City Life

ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi!

ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi! Azərbaycanda artıq altıncı ildir…
►►►
City Life

Briliant Dadaşova “Vokaliz” mahnısının remiksini təqdim etdi

Briliant Dadaşova “Vokaliz” mahnısının remiksini təqdim etdi Xalq artisti Briliant…
►►►