DİF-in Strategic Intelligence platformasına məzmun tərəfdaşı kimi qoşulun!

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Dünya İqtisadi Forumu (DİF) ilə tərəfdaşlıq çərçivəsində ölkədə tədqiqatları gücləndirmək, bilik mübadiləsini təşviq etmək və qlobal müzakirələri formalaşdırmaq məqsədilə maraqlı tərəfləri Forumun Strateji Zəka (Strategic Intellifence) platformasına məzmun tərəfdaşı kimi dəvət edir.

Mərkəzin məlumatına görə, Strategic Intelligence (intelligence.weforum.org) platforması qlobal məsələlər və trendlərlə bağlı məlumatları toplayır, süni intellekt və ekspert analizləri vasitəsilə onları emal edir və istifadəçilərə interaktiv xəritələr şəklində təqdim edir. Bu xəritələr müxtəlif mövzular arasındakı əlaqələri göstərir, istifadəçilərə kompleks problemləri daha yaxşı anlamağa və daha informasiyalı qərarlar verməyə imkan yaradır.

Bu təşəbbüsün bir hissəsi olaraq, tədqiqatlar, bloqlar, nəşrlər DİF-in dinamik Strategic Intelligence platformasında təqdim oluna bilər.

Ətraflı məlumatla Mərkəzin rəsmi səhifəsindən (shorturl.at/8KIBn) tanış olmaq olar.

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı Qırmızı Ürəklər…
►►►
ROCKVELL BUSINESS

2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili oldu

2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili…
►►►
ROCKVELL BUSINESS

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək! İstedadların inkişafına kömək…
►►►