Azərbaycanın işgüzar turizm imkanları BƏƏ-də tanıdılıb

Azərbaycan Turizm Bürosu və Bakı Konqres Mərkəzi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 13-cü “MALT” Konqresində (Meetings Arabia & Luxury Travel) təmsil olunub. 

Tədbirdə Yaxın Şərq regionunun işgüzar tədbirlər və lüks səyahət sahəsi üzrə aparıcı mütəxəssisləri sənayenin inkişaf edən trendlərini müzakirə etmək, strateji əlaqələr qurmaq və əməkdaşlıq imkanlarını qiymətləndirmək məqsədilə bir araya gəlib.

Konqres zamanı Yaxın Şərqin turizm sənayesi nümayəndələri ilə 20-dən çox B2B formatlı görüş keçirilib, Azərbaycanın işgüzar turizm imkanları, lüks hotelləri və ümumilikdə regional biznes tədbirləri üçün imkanları haqqında məlumat verilib.

Müxtəlif ölkələrdən 250-dən çox nümayəndənin qatıldığı tədbirdə 15 saatdan çox şəbəkələşmə imkanı çərçivəsində 1800-dən çox ikitərəfli görüş təşkil olunub.

Əlaqədar məqalələr
Turizm

Azərbaycanın Serbiya ilə turizm əlaqələri inkişaf etdirilir

Azərbaycanın Serbiya ilə turizm əlaqələri inkişaf etdirilir İyunun 8-də Azərbaycan…
►►►
Turizm

Azərbaycanın turizm imkanları Qazaxıstanda sərgi çərçivəsində nümayiş olunur

Azərbaycanın turizm imkanları Qazaxıstanda sərgi çərçivəsində nümayiş…
►►►
Turizm

Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası keçirilib

Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası keçirilib Aprelin 17-də Şabran…
►►►