İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib

Fevralın 21-də İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının birgə iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində ölkəmizdə neft-qaz hasilatı sahəsində cari vəziyyət, əsas göstəricilər və perspektivlər, o cümlədən SOCAR-ın və ümumilikdə respublikanın neft-qaz sektorunun uzunmüddətli inkişaf planları, 2035-ci ilədək hasilat proqnozları, Hasilatın Pay Bölgüsü və Risk Xidməti sazişləri çərçivəsində işlənən və yeni yataqlar üzrə ehtiyat həcmləri, “Azneft” İstehsalat Birliyinin fəaliyyəti, Heydər Əliyev adına Neft Emalı Zavodunun Yenidənqurma və modernizasiya layihəsinin icra vəziyyəti, neft-kimya məhsullarının istehsalı və ölkədaxili yanacaq tələbatı, SOCAR tərəfindən ölkə xaricində həyata keçirilən layihələr, SOCAR-ın maliyyə göstəriciləri və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə SOCAR-ın prezidenti Rövşən Nəcəfin geniş təqdimatı dinlənilib, eləcə də iqtisadiyyat naziri (SOCAR-ın Müşahidə Şurasının sədri) Mikayıl Cabbarov və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov çıxış ediblər. İqtisadi Şuranın üzvləri təqdim olunan məsələlərə dair geniş müzakirələr aparıblar.

İclasın yekununda İqtisadi Şuranın və AİH-nin Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə edilən məsələlər barədə qərarlar qəbul olunaraq AİH-in İdarə Heyətinə və SOCAR-a müvafiq tapşırıqlar verilib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı

Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı Birbank…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi

Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi Yelo Bank kənd təsərrüfatı sektorunun…
►►►
İqtisadiyyat / Biznes

Belçika nümayəndə heyəti ilə görüş keçirilib

Belçika nümayəndə heyəti ilə görüş keçirilib Görüş zamanı tərəflər arasında…
►►►