Azərbaycanın arxeoloji və mədəni turizm imkanları İtaliyada tanıdılıb

İtaliyanın Florensiya şəhərində keçirilən “TourismA” beynəlxalq sərgisində Azərbaycanın arxeoloji və mədəni turizm imkanları tanıdılıb.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı və Azərbaycanın İtaliyadakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində fevralın 21-23-də keçirilən sərgidə ölkəmizin qədim tarixi və arxeoloji abidələri barədə təqdimatlar edilib, ziyarətçilərə beynəlxalq əməkdaşlıq imkanları və arxeoloji irsin turizm məhsulu kimi inkişaf etdirilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib. Təqdimatlarda, həmçinin tanınmış italyan arxeoloqu Nikola Laneri Azərbaycanın ən qədim arxeoloji abidələrindən olan “Tava Təpə” yaşayış məskəninin tarixi əhəmiyyətindən bəhs edib.

Sərgi çərçivəsində Dövlət Turizm Agentliyi arxeoloji irsin turizmə cəlbediciliyini artırmaq və bu sahədə yeni turizm marşrutları formalaşdırmaq məqsədilə bir sıra B2B görüşlər keçirilib, turizm şirkətləri, arxeoloji turlar üzrə ixtisaslaşmış turoperatorlar, elmi və mədəni təşkilatlarla əməkdaşlıq imkanları müzakirə olunub.

Sərgidə dünyanın müxtəlif ölkələrindən turizm sahəsində ixtisaslaşmış təşkilatlar, o cümlədən turizm şirkətləri, arxeoparklar, muzeylər, elmi tədqiqat institutları iştirak edib.

Əlaqədar məqalələr
Turizm

Turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub

Turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil…
►►►
Turizm

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil…
►►►
Turizm

Azərbaycanla Yunanıstan arasında turizm....

Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin genişləndirilməsi perspektivləri…
►►►