Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib

“Təhlükəsiz internet” layihəsinin növbəti mərhələsi başa çatdı

Lider mobil operator əhalinin rəqəmsal savadlılığının artırılmasına yönəlmiş təşəbbüslərini davam etdirir. Uşaqların rəqəmsalmühitdə mövcud təhlükələrdən qorunması məqsədilə həyata keçirilən layihənin növbəti mərhələsində 700-ə yaxın məktəbli və 100-ə yaxın valideyn xüsusi təlimlərdə iştirak edib.

Bu etapda təlimlər Bakı, Sumqayıt, Quba, Xızı, Astara və Mingəçevirdə keçirilib. İnteraktiv dərslər zamanı şagird və valideynlər rəqəmsal təhlükəsizliyin əsas aspektləri ilə tanış olublar.

Mütəxəssislər tərəfindən təqdim edilən təlim proqramı virtual tanışlıqların təhlükələri, şəxsi məlumatların qorunması, onlayn fırıldaqçılıq, trollinq, kiberbullinq ilə mübarizə üsulları kimi bir çox vacib mövzuları əhatə edib.

Təlimlər beynəlxalq standartlara uyğun şəkildə “GİD CSR Consulting” tərəfindən sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilib .

Qeyd edək ki, Azercell on ilə yaxındır ki internet təhlükəsizliyi mövzusunda maarifləndirmə layihələri təşkil edir.

Əlaqədar məqalələr
City Life

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək Avropa İttifaqının (Aİ)…
►►►
City Life

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz....

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi “Gandhi Jayanti” və Beynəlxalq Qeyri-Zorakılıq Gününü qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi “Gandhi Jayanti” və Beynəlxalq Qeyri-Zorakılıq…
►►►