Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb

Azercell-in dəstəyi ilə şagirdlərimiz İT sahəsində uğurlu nəticələr göstərməyə davam edirlər

Şagirdlərimiz proqramlaşdırma üzrə beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil etməyə davam edirlər. Belə ki, 8-9 fevral 2025-ci il tarixlərində  Rumıniyada IX “Info1cup”  proqramlaşdırma müsabiqəsi keçirilib. 18 ölkədən 166 şagirdin qatıldığı müsabiqəyə məktəblilərimiz onlayn formatda qoşulublar.

Bakı şəhəri, 157 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Həsən Vəliyev qızıl medal qazanıb. Eyni zamanda, Bakı Türk Anadolu liseyinin 10-cu sinif şagirdi Əhməd Qəmbərli gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Rahidil Bayramlı isə bürünc medala layiq görülüblər. Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanıblar.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Rəqəmsal həyatın canı smartfondadır — istifadəçilər hansı məlumatları mobil cihazlara etibar edirlər

Rəqəmsal həyatın canı smartfondadır — istifadəçilər hansı məlumatları mobil cihazlara…
►►►
Elm / Texnologiya

Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb

Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb “Hökumət…
►►►
Elm / Texnologiya

Azercell-dən illik “ZengimCELL” xidməti

Azercell-dən illik “ZengimCELL” xidməti Yeni təklif istifadəçilərə bir il ərzində…
►►►