Bakıda Vaqif Mustafazadənin 85 illiyinə həsr olunmuş yubiley konserti keçiriləcək.

16 martda Heydər Əliyev Sarayında Azərbaycanın əməkdar artisti, böyük caz pianisti və bəstəkarı, Vaqif Mustafazadənin anadan olmasının 85 illiyinə həsr olunmuş möhtəşəm yubiley konserti keçiriləcək.

Konsertin təşkilatçısı- 33 EVENT

Azərbaycan cazının banisi olan Mustafazadə musiqi dünyasında unudulmaz iz qoymuşdur. Onun Şərq və Qərb motivlərinin toxunduğu bənzərsiz musiqisi dünyada dinləyiciləri ilhamlandırmağa davam edir.

Yubiley gecədə Vaqif Mustafazadənin  qızı, istedadlı caz ifaçısı, Azərbaycanın xalq artisti Azizə Mustafazadə və nəvəsi Ramiz Xan çıxış edəcəklər. Konsertdə böyük maestronun yaradıcılığından ilhamlanmış və onun əsərlərini ifa edən musiqiçilərdə yer alacaq.

Biletləri şəhərin bütün kassalarından və İtickets.az saytından əldə etmək mümkündür.  Qiymət- 49 – 249 ₼

Əlaqədar məqalələr
İncəsənət / Dəb

Made in Italy: Zərgərlik Sənətinin Qəlbinə Səyahət

Made in Italy zərgərlik sənayesinin mükəmməlliyini kəşf edirik: azərbaycanlı jurnalistlər…
►►►
İncəsənət / Dəb

ELF Studio

ELF Studio ELF Studio— профессиональный салон красоты в…
►►►
İncəsənət / Dəb

Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü keçirəcək

Azerbaijan Fashion Week və Dome Middle East Fashion Week Bakida 20-ci yubiley mövsümünün…
►►►