Özcan Dəniz: “Bakıya gəlməyi uzun zamandır gözləyirdik”

28 fevral Bakı Kongress Mərkəzində  məşhur müğənni, milyonların sevimlisi Özcan Dəniz konsert proqramı ilə çıxış edib.
Tanınmış ifaçı səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Səhnə həkimlərin sağaltmadığını sağaldır. O çox əcaib yerdi, 40 dərəcə hərarətlə səhnəyə çıxdığım günlər yadımdadır. Bu yaxınlarda infarkt keçirməmişəm, ürək spazmaları var. İndi yaxşıyam. Bakıya gəlməyi uzun zamandır gözləyirdik. Ürəyim bir yana, böyrəyimi də istəsəydilər, verərdim, bura gələrdim, yenə bu mahnıları oxuyardım”.

Konsert boyunca ən sevilən köhnə və yeni hit mahnıları səsləndirən müğənninin konserti anşlaqla keçib.

Özcan Dənizi  izləmək üçün 4000-ə yaxın tamaşaçı bir araya gəlib. Sevənləri bütün ifaları müğənni ilə birlikdə əzbərə söyləyiblər.

Konsert boyunca tamaşaçıları ilə səmimi dialoqlara girən müğənni müjdəni də verib. Belə ki, Özcan Dəniz 31 oktyabrda yenidən Bakıya gələcək.

Qeyd edək ki, konsertin təşkilatçısı Eyyub Hüseynzadənin təsis etdiyi “Anadolu Events” şirkətidir.

Əlaqədar məqalələr
City Life

İtaliyanın lüks brendi “Giuseppe Ancona” Bakıda

İtaliyanın lüks brendi “Giuseppe Ancona” Bakıda 30 iyun İtaliya Səfirliyinin Ticarət…
►►►
City Life

Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim

Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim Şirkət…
►►►
City Life

“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir

“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir Kino və təbiət…
►►►