Bakı Fond Birjası nümayəndələrinin UNEC tələbələri ilə görüşü baş tutub

28 fevral 2025-ci il tarixində “Auditoriyada məzun var” layihəsi çərçivəsində Bakı Fond Birjasının İdarə Heyəti sədrinin müavini, Baş Kommersiya inzibatçısı və UNEC məzunu Oqtay Qasımov tələbələrlə görüş keçirib. Görüş zamanı Oqtay Qasımov öz karyera inkişafı və peşəkar təcrübələrini tələbələrlə bölüşüb, onlara maliyyə və karyera planlaması sahəsində faydalı məsləhətlər verib.

UNEC-in əsas tədris binasında Bakı Fond Birjasının dəstəyi ilə yaradılmış “Maliyyə laboratoriyası” 2015-ci ildən fəaliyyət göstərir. Əməkdaşlıq çərçivəsində “Maliyyə laboratoriyası”nda layihə, təlim və seminarların təşkil edilməsi, BFB mütəxəssislərinin təcrübələrinin paylaşılması, BFB-də mövcud olan aktiv vakansiyalar və təcrübə proqramları haqqında məlumatlandırılması məqsədilə “UNEC”də “Karyera günləri”nin keçirilməsi də nəzərdə tutulub.

Bakı Fond Birjası və UNEC tələbələrin peşəkar inkişafına dəstək olmaq məqsədilə bu cür əməkdaşlıq tədbirlərini davam etdirməyi planlaşdırır.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►