Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb

Azercell-in dəstəyi ilə şagirdlərimiz İT sahəsində uğurlu nəticələr göstərməyə davam edirlər.

Şagirdlərimiz proqramlaşdırma üzrə beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil etməyə davam edirlər. Belə ki, 8-9 fevral 2025-ci il tarixlərində  Rumıniyada IX “Info1cup”  proqramlaşdırma müsabiqəsi keçirilib. 18 ölkədən 166 şagirdin qatıldığı müsabiqəyə məktəblilərimiz onlayn formatda qoşulublar.

Bakı şəhəri, 157 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Həsən Vəliyev qızıl medal qazanıb. Eyni zamanda, Bakı Türk Anadolu liseyinin 10-cu sinif şagirdi Əhməd Qəmbərli gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Rahidil Bayramlı isə bürünc medala layiq görülüblər.

Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanıblar.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“AzInTelecom” “Baku Fintech Forum 2025” tədbirində

“AzInTelecom” “Baku Fintech Forum 2025” tədbirində “AzInTelecom” MMC yerli və…
►►►
Elm / Texnologiya

Azercell-in kibertəhlükəsizlik komandası “CIDC-2025 – ...

Azercell-in kibertəhlükəsizlik komandası “CIDC-2025 – Critical Infrastructure Defence…
►►►
Elm / Texnologiya

“AzInTelecom” “CIDC-2025” kibertəhlükəsizlik konfransında iştirak edib

“AzInTelecom” “CIDC-2025” kibertəhlükəsizlik konfransında iştirak…
►►►