Brilliant Dadaşovadan 8 mart konserti!

8 martda Bakı Konqres Mərkəzində Xalq artisti Brilliant Dadaşovanın unudulmaz konserti keçirilib.

Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Best of Brilliant” gecəsi sevgi, musiqi və sənət dolu anlarla yadda qalıb.

Brilliant Dadaşova səhnəyə çıxan andan etibarən salonu öz ecazkar enerjisi və möhtəşəm səsi ilə ovsunlayıb.

“Caspian Media Group”un təşkil etdiyi konsert proqramında sənətçinin dillər əzbəri olan hit mahnıları, eləcə də sevənlərinin həsrətlə gözlədiyi yeni ifalar yer alıb. Onun duyğusal və eyni zamanda güclü çıxışı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Səhnə tərtibatı, işıq effektləri və canlı orkestrin müşayiəti gecəyə xüsusi rəng qatıb. Brilliant Dadaşova özünəməxsus səmimiyyəti ilə izləyiciləri ilə dialoq qurub, onların sevgisini hiss etdiyini bildirib və bu konserti məhz tamaşaçılarına həsr etdiyini vurğulayıb.

Konsert zamanı sənətçinin bacısı, Vaqif Mustafazadənin “Sevil” instrumental ansamblının birinci solisti Sədaqət Dadaşova da səhnəyə çıxaraq “Yollar” mahnısı onunla duet oxuyub.

Bundan başqa, gecədə mərhum Anar Nağılbazla virtual duet səslənib.

Sənətçi gecədə iki libas dəyişib. Onun tərzi üzərində stilist Elnur Həsənov çalışıb.

“Best of Brilliant” konsert proqramı böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.

Əlaqədar məqalələr
City Life

İtaliyanın lüks brendi “Giuseppe Ancona” Bakıda

İtaliyanın lüks brendi “Giuseppe Ancona” Bakıda 30 iyun İtaliya Səfirliyinin Ticarət…
►►►
City Life

Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim

Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim Şirkət…
►►►
City Life

“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir

“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir Kino və təbiət…
►►►