Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə görüşüb.

Zakir İbrahimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin innovativ yanaşma ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsinə, dəstəklənməsinə və ölkədə kadr bankının yaradılmasına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

Z.İbrahimov tanışlıq xarakteri daşıyan görüşdə mentorluq proqramının iştirakçılarını dövlət tərəfindən yaradılmış bu şansdan düzgün istifadə edərək, yüksək rəqabət şəraitində keçən müsabiqədə qaliblər sırasında yer almaları münasibətilə təbrik edib.

Sədr qaliblərə praktiki fəaliyyətə cəlb olunmaqla mövcud potensiallarının inkişafı, peşəkarlıq vərdişləri və idarəçilik sahəsində təcrübələrinin artırılması üçün zəruri dəstək göstəriləcəyini qeyd edib, “AzerGold” QSC-nin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin Mentorluq proqramı çərçivəsində görüləcək işlər, fərdi inkişaf planları müzakirə edilib.

“Yüksəliş” müsabiqəsinin qalibləri isə öz çıxışlarında yaradılan imkan və səmimi görüşə görə təşəkkürlərini bildirib, həyata keçiriləcək proqramın onların fərdi inkişafına mühüm töhfə verəcəyinə inandıqlarını vurğulayıblar.

Əlaqədar məqalələr
City Life

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı “Nar” və…
►►►
City Life

Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada rol alacaq

Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada rol alacaq Xalq artisti Eyyub Yaqubov ilk dəfə…
►►►
City Life

Tünzalə Ağayevadan Aygün Kazımovaya sürpriz

Tünzalə Ağayevadan Aygün Kazımovaya sürpriz Ötən gün Xalq artisti Aygün Kazımova 55…
►►►