Bal istehsalında artım qeydə alınıb

2024-cü ildə 30,6 min təsərrüfatda mövcud olan 579 min arı ailəsindən 5166,3 ton bal əldə olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü illə müqayisədə balın istehsal həcmi 13,5 faiz atıb.

Bununla yanaşı, ötən il ərzində 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kq arı südü istehsal edilib. İstehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,6 manat, mumun – 16,5 manat, vərəmumun – 109,7 manat, güləmin – 140,9 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 7 manat təşkil edib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası

AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası Azərbaycanda mikro…
►►►
İqtisadiyyat / Biznes

Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka....

Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb Qara…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının....

Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb Yelo…
►►►