İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi xanım Amparo Lopez Senoviya ilə görüşüb.

Görüşdə bu gün keçirilən Azərbaycan – İspaniya biznes forumunun iqtisadi-ticarət əlaqələrinin, o cümlədən işgüzar dairələr arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Ölkəmizin İspaniya ilə əməkdaşlığın inkişafına önəm vediyi, keçirilən görüşlərin və aparılan müzakirələrin bu baxımdan vacibliyi diqqətə çatdırılıb.

Tərəflər Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviqində əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Görüş çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Sənədin icrası ikitərəfli biznes əlaqələrini genişləndirmək, investisiyaları artırmaq, texnologiya və bilik transferini, təcrübə mübadiləsini və birgə təşəbbüsləri təşviq etməklə əməkdaşlığı şaxələndirməyə töhfə verəcək

İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi xanım Amparo Lopez Senoviya ilə görüş çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalandı.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.

“Sənədin icrası ikitərəfli biznes əlaqələrini genişləndirmək, investisiyaları artırmaq, texnologiya və bilik transferini, təcrübə mübadiləsini və birgə təşəbbüsləri təşviq etməklə əməkdaşlığı şaxələndirməyə töhfə verəcək”, – nazir əlavə edib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı

Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı Unibank biznes…
►►►
İqtisadiyyat / Biznes

“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib

“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib “Gəncə KOB evi”ndə…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya…
►►►