Azercell məhkum qadınlar üçün “Kitab Klubu” təşkil etdi

Lider mobil operator Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ədəbi görüş keçirdi.

Azercell-in cəmiyyətdə mütaliə mədəniyyətinin təşviqi məqsədilə həyata keçirdiyi “Kitab Klubu” layihəsi çərçivəsində növbəti görüş baş tutdu. Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil olunan tədbir 4 saylı cəzaçəkmə müəssisəsi və Qadın Qaynar Xətti ilə birgə əməkdaşlıq çərçivəsində keçirildi. Görüşdə mütaliə və ədəbiyyatın cəmiyyətin mənəvi və mədəni inkişafına, həmçinin sosial inteqrasiyaya təsiri müzakirə olundu.

Tədbirin qonağı tanınmış aktyor, rejissor, ssenari müəllifi Əlixan Rəcəbov Azərbaycan ədəbiyyatında qadın obrazlarının inkişafı barədə danışdı. Əlixan klassik və müasir ədəbiyyatda qadınların rolu, eləcə də kitabların ekranlaşdırılmasının ədəbiyyatın geniş auditoriyaya çatdırılmasında oynadığı mühüm rol barədə fikirlərini bölüşdü.

Görüş zamanı iştirakçılar seçdikləri şeir və ədəbi nümunələri səsləndirdilər, ədəbiyyat barədə düşüncələrini bölüşdülər.

Əlaqədar məqalələr
City Life

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu 20 mart…
►►►
City Life

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib Unibank KB…
►►►
City Life

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci Bu il Novruzun gəlişi və müqəddəs…
►►►