Dəyirmi masa: “Azərbaycan – transkontinental meqamarşrutların kəsişmə nöqtəsi: “Şərq-Qərb” və “Şimal-Cənub””

Tarix: 17 mart 2025-ci il
Saat: 12:00
Məkan: Avrasiya Universiteti

Format: Ekspertlərin, analitiklərin və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək dəyirmi masa.

Məqsəd:
Tədbirin məqsədi Azərbaycanın qlobal nəqliyyat-logistika və enerji şəbəkələrində strateji mövqeyini dəyərləndirmək, mövcud infrastrukturun imkanlarını və inkişaf perspektivlərini müzakirə etmək, həmçinin dəyişən geosiyasi və iqtisadi şəraitdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparmaqdır.

İştirakçılar:
Dövlət qurumlarının və aidiyyəti strukturların nümayəndələri, geosiyasət, iqtisadiyyat, energetika və logistika sahəsində ekspertlər və analitiklər, akademik və tədqiqat mərkəzlərinin nümayəndələri.

Müzakirə olunacaq əsas mövzular:

  • Ukrayna müharibəsinin regionun nəqliyyat-logistika sisteminə təsiri
  • Münaqişədən sonra regionun nəqliyyat şəbəkələrinin perspektivləri
  • Azərbaycanın Orta Dəhliz üçün infrastruktur imkanları
  • Orta Dəhlizin Qlobal Cənub üçün geo-iqtisadi əhəmiyyəti
  • Nəqliyyat infrastrukturunun inkişafı: avtomobil yolları, limanlar, dəmir yolları
  • “Şimal-Cənub” marşrutunun qarşılaşdığı çətinliklər və həll yolları
  • Azərbaycanın Əfqanıstan üzərindən tranzit əlaqə imkanları
  • Regionda nəqliyyat dəhlizlərinin enerji komponenti

Tədbirin formatı:
Tədbirin rəsmi açılış hissəsi, əməkdaşlıq Memorandumun imzalanması, spikerlərin çıxışları və ekspertlərlə müzakirələr.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►