Güzəştli kreditlərdən yararlanan sahibkarların əhəmiyyətli hissəsi regionlarda fəaliyyət göstərir

Bu ilin yanvar-fevral aylarında güzəştli kreditdən yararlanan layihələrin 96,5 faizi, verilən güzəştli kreditlərin ümumi məbləğinin isə 75 faizə yaxını regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.

Sahibkarlığın İnkişafı Fondunun məlumatına görə, hesabat dövründə maliyyələşdirilən layihələrin 99,6 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsus olub.

Xatırladaq ki, Fond tərəfindən cari ilin ilk iki ayı ərzində 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər hesabına 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Güzəştli kreditlər prioritet sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına yönəldilib. Belə ki, verilmiş kreditlərin ümumi məbləğinin 40,5 faizi kənd təsərrüfatının, 56 faizi sənayenin (o cümlədən, aqrar emal), 3,5 faizi isə digər sahələrin payına düşüb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir

Unibank bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir Bu gün Unibank bütün peşə…
►►►
İqtisadiyyat / Biznes

Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı

Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı Unibank biznes…
►►►
İqtisadiyyat / Biznes

“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib

“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib “Gəncə KOB evi”ndə…
►►►