“Ağbəniz” Park Cinemada möhtəşəm qapali nümayiş!

Ötən gün Park Cinema Flame Towers kinoteatrında bütün dünyadan 1 gün öncə “Ağbəniz” filminə həsr olunmuş möhtəşəm Qapalı Nümayiş keçirilib.

Qapalı Nümayişdə KİV nümayəndələri, tanınmış blogerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Ətrafda əsl nağıl atmosferi yaradılmışdır. Hər yeri Ağbənizə həsr olunmuş monitorlar əhətə edirdi eləcə də qonaqları valeh edən anlardan biri içəri daxil olandan səhnədə yatmış Ağbəniz oldu. Bundan savayı hündür Disney Qalası, yaşıllıqlarla bəzədilmiş hündür sütunlar və əsl fəvvarələr qonaqların diqqətini çəkmişdir.

Öncə ənənəvi olaraq Park Cinema tərəfindən xüsusi şou təqdim olundu. Şouda müğənni Vlada Axundova, Natavan Quliyeva aktyor iştirak etdilər və təntənəli şou göstərdilər.

Daha sonra tamaşaçılar filmi IMAX formatında izlədilər.

“Ağbəniz” filmi Park Cinemada türk, ingilis və rus dillərində, eləcə də ölkənin ən böyük ekranı IMAX-da nümayiş olunur. Linkə keçid edərək, biletlərinizi əldə edə bilərsiniz.

Biletlər:

https://parkcinema.az/movies/view/14692/agbeniz

Əlaqədar məqalələr
City Life

İtaliyanın lüks brendi “Giuseppe Ancona” Bakıda

İtaliyanın lüks brendi “Giuseppe Ancona” Bakıda 30 iyun İtaliya Səfirliyinin Ticarət…
►►►
City Life

Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim

Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim Şirkət…
►►►
City Life

“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir

“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir Kino və təbiət…
►►►