Dünya Bankı ilə potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysla görüşüb.

Görüşdə tərəfdaşlıqdan məmnunluq ifadə olunub, Dünya Bankı Qrupu ilə işbirliyi çərçivəsində infrastruktur, məşğulluq və digər sahələrdə həyata keçirilən layihələrin ölkəmizdə iqtisadi inkişafı dəstəklədiyi vurğulanıb. Qurumun Azərbaycanın inkişaf səylərinə sadiq olduğu diqqətə çatdırılıb. 2025-2029-cu illər üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirəcəyi, Azərbaycanın daha yaşıl və inlküziv iqtisadiyyata keçidini dəstəkləyəcəyi qeyd olunub.

Tərəflər “Yaşıl və dayanıqlı şəhərlər” layihəsi çərçivəsində birgə fəaliyyət, infrastruktur və bərpaolunan enerji sahələrində təşəbbüslər və digər potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

—–

15:19

“Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays ilə görüşdük. “Yaşıl və dayanıqlı şəhərlər” layihəsi çərçivəsində birgə fəaliyyət, infrastruktur və bərpaolunan enerji sahələrində təşəbbüslər və Bankla potensial əməkdaşlıq istiqamətləri barədə danışdıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir

300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir 6-cı “Yerli…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank-dan yeni rəqəmsal kart: Yelo Digital Card

Yelo Bank-dan yeni rəqəmsal kart: Yelo Digital Card Yelo Bank müştərilərinə yeni…
►►►
İqtisadiyyat / Biznes

“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit

“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı…
►►►