Bakıda Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın altıncı iclası keçiriləcək

Aprelin 11-də Bakıda Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın altıncı iclası və biznes forum keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, tədbirin təşkili ilə bağlı məsələlər nazir Məcnun Məmmədovun Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko ilə keçirdiyi görüşdə müzakirə olunub.

Tərəflər iki ölkə arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi məsələlərinə də toxunublar.

Eyni zamanda, enerji, nəqliyyat, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq imkanları, bu sahələrdə imzalanmış və razılaşmada olan müqavilələr, gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►