“Unibank”da yeni təyinat olub

Unibank KB rəhbərliyinin qərarı ilə İlkin Quliyev Baş biznes inzibatçısı vəzifəsinə təyin olunub. O, bu təyinatadək Accessbank QSC-də İdarə Heyətinin üzvü və Korporativ və pərakəndə bankçılıq üzrə icraçı direktor vəzifəsində çalışıb.

İlkin Quliyev bankçılıq sektorunda 15 ilə yaxın təcrübəyə malikdir. Bank sahəsində fəaliyyətə “Unibank”dan başlayıb. Uzun illər bankda müxtəlif vəzifələrdə çalışıb.

İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadiyyatın idarə olunması” üzrə bakalavr, İngiltərənin Nyukasl Biznes Universitetində “Bank və Maliyyə” üzrə magistr təhsili alıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►